18 C
Baku
28 Oktyabr 2025, 2:07
Sosial

Bakı Tekstil Fabriki 18-ci Beynəlxalq Kənd Təsərrüfatı və 30-cu Qida Sənayesi Sərgisində

Bakı Tekstil Fabriki (BTF) Bakı Ekspo Mərkəzində start götürmüş 18-ci Beynəlxalq Kənd Təsərrüfatı və 30-cu Qida Sənayesi Sərgisində fəal şəkildə iştirak edir.

Bugun.tv -xəbər verir ki, üç gün davam edən sərgidə BTF stendində işçi geyimləri, promo geyimlər, corablar və digər tekstil məhsulları təqdim olunur. Sərgi yerli istehsal gücümüzü nümayiş etdirmək, məhsul və xidmətlərimizi tanıtmaq və yeni tərəfdaşlıqlar qurmaq üçün vacib platformadır.

Sərgidə Azərbaycanla yanaşı bir çox xarici şirkətlər (“Red Valley LLC”,”Unitec S.P.A” və s.) iştirak edir və öz məhsullarını nümayiş etdirirlər. Bu isə BTF üçün beynəlxalq əməkdaşlıqları genişləndirmək və xidmətlərimizi potensial tərəfdaşlara təqdim etmək baxımından böyük əhəmiyyət daşıyır.

Sərgi həm yerli, həm də beynəlxalq bazarda yeni imkanlar və əlaqələr üçün dəyərli mühit yaradır. Bakı Tekstil Fabriki bu cür tədbirlərin sahibkarlığın inkişafında və yerli brendlərin tanıdılmasında oynadığı rolu yüksək qiymətləndirir.

Mənbə: İkiSahil.Az

Aynur Camal

Oxşar xəbərlər

“Müharibə iştirakçılarının maarifləndirilməsinə dəstək” layihəsinə start verildi

Aynur Camal

Kənd sakini minaya düşdü

Aynur Camal

Dünyaca məşhur brendi Azərbaycan istehsal edəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu