Baş xəbərSosial

Bakı trend məkanlar siyahısında yer alıb

Bugun.tv xəbər verir ki, Bakı şəhəri tanınmış səyahət platforması “Tripadvisor” tərəfindən səyahət üçün üstünlük verilən trend məkanlar siyahısında yer alıb.

Platforma tərəfindən tərtib edilmiş siyahı ötən il ərzində sayt istifadəçilərinin axtarış və maraqlarına əsaslanır. Belə ki, platformanın veb-saytındakı “Dünya üzrə trend məkanlar” bölməsində dünyanın 25 fərqli ölkəsinin şəhərləri qeyd olunub. Siyahıda Azərbaycan 8-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, “Tripadvisor” turistlər üçün maraqlı məkanları, ən yaxşı hotelləri, yemək üçün uyğun yerləri tövsiyə edir.

Hər ay 463 milyon səyahətçiyə xidmət göstərən platformada ziyarətçilər məkanlarla bağlı istifadəçi şərhlərini oxuya və tövsiyələrə uyğun seçimlərini edə bilirlər.

Veb-saytda 8,6 milyon yerləşmə vasitəsi, restoran, hava yolları və gəmi səyahəti haqqında 859 milyondan çox istifadəçi rəyi mövcuddur.

Mənbə: Dövlət Turizm Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

Media Tədris Mərkəzində tələbələr üçün multimedia və aparıcılıq təlimi keçirildi

Aynur Camal

Bu gün TV: Firuzə Babayevanın 60 illik yubileyi qeyd olundu

Elnarə Dərziyeva

İsrail Prezidentinin iqamətgahı qarşısında Azərbaycan mahnıları səsləndirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu