8 C
Baku
12 Dekabr 2024, 9:40
Mədəniyyət

“BAKI TÜRK FİLMLƏRİ HƏFTƏSİ” BAŞLADI

Bugun.tv xəbər verir ki,Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə Nizami Kino Mərkəzində “Bakı Türk Filmləri Həftəsi” başlayıb.

Qala gecəsində Türkiyədən gələn rejissorlar, aktyorlar və prodüserlər media nümayəndələrinə müsahibələr veriblər. Aktyorlar İpek Tuzcuoğlu, İlker Aksum, Umut Karadağ, Didem Balçın, rejissorlar Mustafa Kara, Mehmet Altınal və Galip Günel səhnədəki çıxışlarında Azərbaycanda olmalarından məmnunluq ifadə ediblər. Özlərini doğma vətənlərində hiss etdiklərini vurğulayıblar.

Çıxış edən Türkiyə və Azərbaycan Mədəniyyət nazirlərinin müavinləri tədbirin keçirilməsinin məramını  açıqlayıblar. “Məqsədimiz Türk filmlərini Azərbaycan kinosevərlərinə izlətməklə yanaşı, Türkiyə-Azərbaycan kino sektorunun nümayəndələrini bir araya gətirmək, ortaq işlər görməkdir. Bundan başqa, Türkiyənin kino təcrübəsini Azərbaycana ötürmək, rejissor, aktyor və ssenaristlər arasında əlaqələr yaratmaq, iki ölkənin mədəniyyət sənayesinə töhfələr verməkdir”.

“Bakı Türk Filmləri Həftəsi”nin Qala gecəsində Türkiyədən gələn tanınmış sənətçilərə və bu layihənin gerçəkləşməsində dəstək göstərən şirkət nümayəndələrinə təşəkkür bildirilib, mükafatlar təqdim olunub.

Bakıda keçirilən Türk Kino həftəsinin əsas təşkilatçılarından biri də Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyidir. Nümayəndəliyin rəhbəri Selçuk Karakılıç çıxış edərək gerçəkləşdirilən tədbirin Türkiyə və Azərbaycanın kino sektorunun inkişafına böyük töhfələr verəcəyinə əminliyini bildirib. Azərbaycanlı kinosevərləri dekabrın 21-ə kimi məşhur türk filmlərini izləməyə dəvət edib.

Gecənin rəsmi hissəsi başa çatdıqdan sonra “Bakı Türk Filmləri Həftəsi”nin ilk filmi, rejissor Semih Kaplanoğlunun “Bağlılıq Hasan” filmi nümayiş etdirilib.

Xatırladaq ki, tamaşaçılar həftə boyu “7-ci Koğuşda Möcüzə”, “Yaxşı ki, varsan, Eren”, “Sədaqət-Müqəddəs Dava”, “Eşqin Ömrü”, “Ankara Yayı”, “Vida məktubu” və digər ekran əsərlərini izləyə biləcəklər.

Qeyd edək ki, Nizami Kino Mərkəzində  gerçəkləşdirilən türk filmlərinə giriş pulsuzdur.

 

Nigar Məmmədova

Oxşar xəbərlər

C.Cabbarlının Xızıdakı ev-muzeyində küləyin fəsadları tam bərpa edilib-YENİLƏNİB

Aynur Camal

Məmməd Əmin Rəsulzadənin anım günü ilə əlaqədar film nümayiş olunacaq

Aynur Əfəndi Zadə

Xalq artistinə vəzifə verildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu