29 C
Baku
28 İyun 2025, 19:43
Baş xəbərMədəniyyət

“Bakı xəbər” – 20 il bizimlə!

Bugun.tv xəbər verir ki, “Bakı xəbər” Media qurumunun 20 yaşı tamam olub.

Qəzet kimi 2003-cü ildən fəaliyyətə başlayan mətbu orqanı hər zaman həqiqətləri tərəfsiz, qərəzsiz, operativ şəkildə ictimaiyyətə çatdırıb və bu missiya bu gün də uğurla davam etdirilir.

Texnologiyanın inkişafı “Bakı xəbər”ə də müsbət mənada təsirsiz ötüşməyib. Bu media qurumu illər öncə sayt,  daha sonra isə internet televiziyası kimi fəaliyyətini genişləndirib.

Bu gün milyonlarla oxucu sayı, sevgisi qazanan ən reytinqli, güvənli və inamlı informasiya agentliklərindən biri olan 20 yaşlı “Bakı xəbər” ölkə və dünya gündəmi ilə bağlı ən son məlumatlarla izləyicilərin qarşısına gəlir.

"Bakı xəbər" Media qurumunun rəhbəri Aydın Quliyev
“Bakı xəbər” Media qurumunun rəhbəri Aydın Quliyev

“Bakı xəbər” Media qurumunun təsisçisi, tanınmış jurnalist, siyasi şərhçi Aydın Quliyev facebook hesabında rəhbərlik etdiyi saytın yubiley mərasimi ilə bağlı paylaşım edib.

“Qəzet olaraq 2003-cü il, sentyabrın 4- də ilk sayımız əllərdə idi. Bu gün 5000-ci çap sayına qədər gəldik.

Hər gün, hər səhər gəldik. Gələcəyik… Böyüdük… Təkcə qəzet idik, həm də sayt və internet tv olduq…Çap orqanından onlayn mediaya qədər məzmunlu yol keçdik… Davam edirik.. “Bakı xəbər” yolunun yolçusu olmuş və var olan hər kəsə təşəkkür edirəm! İlk günün oxucularına, bizi daim oxuyanlara, ömründə heç olmasa bircə dəfə “Bakı xəbər” oxuyanlara minnətdaram! İlk çap günü yanımda olanları, bu gün xəbər və təhlil maarifçiliyini, dövlətimizin informasiya savaşını mənimlə birgə yürüdən dəyərli komandamızı təbrik edirəm! Şərəfli yolumuza davam edirik”, – A.Quliyev bildirib.

Onu da deyək ki, “Bakı xəbər” qəzetçilik ənənələrini bu gün də davam etdirir və həftəlik olaraq nəşr olunaraq, satışa çıxarılır.

Bugun.tv olaraq, biz də, başda dəyərli həmkarımız Aydın Quliyev olmaqla, bütün kollektivi ürəkdən təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

Bugün TV

Oxşar xəbərlər

7 şagird məktəbin yeməkxanasında zəhərləndi

Aynur Camal

“Beynəlxalq hüquq normalarına əməl etməyən, ədalətdən uzaq molla rejimi!”

Nigar Məmmədova

Xankəndiyə 7 təcili tibbi yardım avtomobili göndərilir 

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu