24 C
Baku
11 Sentyabr 2025, 5:23
Baş xəbərSosial

Bakı Zooloji Parkında üç pələng balası dünyaya gəlib

Bugun.tv Bakı Zooloji Parkının instaqram hesabına istinadla xəbər verir ki, pələnglərin 1-i erkək, 2-si isə dişidir. Çəkiləri 5.4 – 5.7 kiloqram aralığındadır. Balalar əraziyə hələ öyrəşmədiklərinə görə anadan ayrılmırlar. Qidalarını isə ana pələng öz yuvasına gətirir.

Qeyd olunub ki, pələng balaları 4 yaşında müstəqil həyata başlayır. Yeni doğulmuş pələng balalarının gözləri və qulaqları açılmamış vəziyyətdə olur. Bu vaxtadək onlar analarının müşahidəsi altında olurlar.

 

Aynur Camal

Oxşar xəbərlər

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi Gəncədə seminar keçirdi

Elnarə Dərziyeva

Anar Kərimovun müvafiq tapşırığı ilə hazırlanan qərarın icrasına başlanılıb

Aynur Camal

Qarabağ Universitetinə dekan təyin olundu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu