10 C
Baku
17 Aprel 2025, 0:18
Baş xəbərSosial

Bakıda əlilliyi olan insanlarla peşəkar etik ünsiyyət üzrə praktiki təlimatlandırılma aparılıb

Bugun.tv xəbər verir ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində dövlət qurumlarına növbəti təlim təşkil olunub.

Təlim gün ərzində, peşəkar təlimçi Etika Akademiyasının direktoru Günel İbrahim tərəfindən keçirilib. Təlimin keçirilməsində məqsəd dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatlarının iştirakı ilə əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə olan münasibətin dəyişməsinə dəstəyin verilməsi, onlara qarşı olan zorakılıq hallarının qarşısının alınması, onlar üçün ictimai xidmətlərin müyəssərliyinin və keyfiyyətinin  yaxşılaşdırılmasıdır.
Təlim haqqında Günel İbrahim media nümayəndələrinə məlumat verib. “Təlimdə maraqlı metodlardan istifadə olundu və yanaşmalar tətbiq edilib. İştirakçıların diqqətinin beyin məşqləri ilə yoxlanılması, ilkin testlər və təlimdən sonra testlərin təyin edilməsi auditoriyanın diqqətini çəkib. Əsasən dövlət təşkilatlarının işçilərinə və xidmət personalı üçün əlilliyi olan qadınlar və qızlara diqqət yetirməklə əlilliyi olan insanlarla peşəkar etik ünsiyyət üzrə praktiki təlimatlandırılma aparıldı”, – deyə, o əlavə edib.      Xidmət mütəxəssislərinin öhdəlikləri və vəzifələri sahəsində təlimatlandırılma daha çox maraq doğurub. Təlimdə iştirak edən dövlət qurumlarının əməkdaşları iş yerlərində qarşılaşdıqları problemlərin aradan qaldırılmasında təlim zamanı məlumatlar əldə etdilər. Təlim iştirakçıları  dövlət qurumlarının əməkdaşlarına bu farmatda təlimlərinin davamlı təşkilinə ehtiyacın olmasını bildirdilər.

Təlim aşağıdakı sahələri əhatələyib:

Birgə yaşamaq mədəniyyəti;

Etik davranıış qaydaları;

Əlilliyi olan qadınlarla davranış etikası;

Öhdəliklərimiz;

Beyin kodları,

İctimaiyyətin vəzifəsi,

Təlimin keyfiyyətli və cəlbedici olması, kübar cəmiyyətin formalaşması, insanlarda, əsasən də əlilliyi olan qadın və qızlarla davranış qaydalarının, ünsiyyət bacarıqlarının artırılmasında nəaliyyətlərin əldə olunmasına nail olduq. Təlimin KİV-lərdə ,TV proqramlarda daha çox gündəmdə olması əhali arasında maarifləndirilmə işlərində əsaslı rolu oldu. Bu səbəbdən də təlimlərin gündəmdə olması əhalinin maraq dairəsində önəmli rolu oldu. Təlimlərin təşkilinə yanaşmalar  baxımından reytinqi getdikcə artır. Bu səbəbdən də dövlət qurumları nümayəndələrinin maraqlarına səbəb olur. Keçirilən təlimin keyfiyyəti, psixoloji təlqini, mütəxəssis bacarığının yüksək səviyyəsi  təlimin təşkilinə iştirakçılıq səviyyəsini artırıb. Etik normaların təbliği məqsədi ilə bu farmatda təlimlərin keçirilməsi layihənin uğurlu fəaliyyətlərindən biri hesab edilir. Layihənin təlimçisinin təlimlərin keçirilməsində maraqlı və gündəmdə öncəlik yaradılmasında taktiki gedişlərinin böyük rolu var. Təlimçinin maraqlı təlimləri ilə gündəmdə olması Sosial şəbəkələrdə təlimatlandırmaların aparılması səbəbindən  layihənin yüksək reytinqi yaranıb.

Təlimlərin keçirilməsində test materiallarının hazırlanması, iştirakçı səviyyəsini ölçmək məqsədi daşıdı. Təlimlər zamanı bacarıqların əldə edilməsinə nail olmaq, başlanğıc və sonda test suallarla iştirakçılar arasında ilkin qiymətləndirilmə aparıldı. Təlimlər zamanı fərdi konsultasiyalara yazılanlar arasında daha çox sosial sahədə işləyənlər diqqət çəkdi. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Təlimdə 35 nəfər iştirak edib.

Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Quba rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.

Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund) eksklüziv olaraq yerli və milli səviyyədə qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmidir.

 The UN Trust Fund to End Violence against Women (UN Trust Fund) is the only global grant-making mechanism dedicated exclusively to addressing all forms of violence against women and girls.

 

 

Elnarə Dərziyeva

Oxşar xəbərlər

HİV müalicəsində gen faktoru

İntizar Əmirova

Heydər Əliyev Fondunun Pakistandakı humanitar izi

Aynur Camal

Prezident “Dövlət Neft Fondunun 2024-cü il büdcəsi haqqında” Fərman imzaladı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu