19 C
Baku
8 Sentyabr 2024, 3:54
Baş xəbərSosial

Bakıda əlilliyi olan qadınların və qızların problemləri ilə bağlı seminar baş tutub

 “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi Bakı şəhərində fəaliyyət göstərən müxtəlif sahələrdən icma orqanları və əlilliyi olan şəxslərin, onların yaxınları və qohumlarının iştirakı ilə növbəti dəfə təlim təşkil edib.

Bugun.tv-yə bu barədə QHT sədri Məhluqə Qaramanlı müsahibəsində bildirib. Onun sözlərinə görə, əvvəlcə seminarın məqsədi, layihənin uğurlu strategiyası haqqında iştirakçılara geniş məlumat verib. Sonra əlillik və cəmiyyətdə onlara qarşı stereotiplər, səhv davranışlar barədə danışıb.

Seminarda iştirak edən SENİ şirkətinin layihə rəhbəri Fəridə Fərziyeva şirkəti məhsullarından 16 nəfər əlilliyi olan qadın və qıza hədiyyə paylayıb, hər zaman onların yanında olacaqlarını bildirib. “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə xanım Rəhimova bu dəstəyinə  görə, şirkət əməkdaşlarını “Təşəkkürnamə” ilə təltif edib.

 

Əlilliyi olan qadınlarla bağlı seminar keçirilib
Seminar

Seminarda əlilliyi olan qadınlar və qızlar tərəfindən maraqlı təkliflər irəli sürülüb. Onların qarşılaşdıqları problemlərin həllində dəstək istiqamətləri gündəmə gətirilib. Həyata keçirlən layihənin dəstəyi ilə bu sahədə görülən və körüləcək işlər və onların önəmliliyi, həlli yolları haqqında müzakirələr aparılıb.

27 nəfərin iştirak etdiyi tədbirdə əlilliyi olan qadınların və qızların yaşadığı ailələrdə qarşılaşdığı problemlər, onlara qarşı yönəlmiş zorakılıq halları haqqında danışılıb. Bu şəxslərin hüquqlarının təmini və icmalar tərəfindən  dəstəyin verilməsinin önəminə diqqət çəkilib.

Əlilliyi olan qadınlar və qızlarla bağlı tədbir

Qeyd edək ki, seminar “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Bakı şəhərində  təşkil edilib. Məqsəd əlillyi olan qadınların və qızlara qarşı ictimai yerlərdə münasibət və davranış problemlərinə və zorakılığa dair və onların yaşadığı icmaları tərəfindən dəstəklənməsinin vacibliyi ilə bağlı yerli icma üzvləri ilə görüşmək və diskrimasiyanın aradan qaldırılmasının yollarını müzakirə etmək olub.

Tədbirdə problemlər müzakirə olunub

Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunması nəzərdə tutulub.

İntizar Əmirova

Oxşar xəbərlər

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib YENİLƏNİB

Bugün TV

Avtomobilin vurduğu piyada həyatını itirdi

Bugün TV

“Azərişıq” əməkdaşları 24 saat fəaliyyətdədir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu