Siyasət

Bakıda 16-cı NATO Günləri keçirilib

Bakıda NATO ilə əməkdaşlıq çərçivəsində 16-cı NATO Günləri təşkil olunub.

Tədbir Azərbaycan ilə NATO arasında tərəfdaşlığın möhkəmləndirilməsi, təhlükəsizlik, müdafiə və sülhməramlı fəaliyyət sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyıb.

Bugun.tv xəbər verir ki, tədbir çərçivəsində NATO-nun Brüsseldəki mənzil-qərargahının nümayəndələri, Azərbaycan dövlət qurumlarının rəsmiləri, diplomatik korpusun üzvləri və ekspertlər iştirak ediblər. Panel müzakirələrində regional təhlükəsizlik, müasir çağırışlar və NATO–Azərbaycan münasibətlərinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, NATO Günləri ictimaiyyətin Alyansın fəaliyyəti barədə daha dolğun məlumatlandırılmasına, eləcə də tərəfdaşlıq münasibətlərinin inkişafına töhfə verir. Tədbir çərçivəsində interaktiv sessiyalar, təqdimatlar və açıq müzakirələr də keçirilib.

Mənbə: Report.az

 

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: SEPAH-ın Hörmüzdəki hücumları danışıqlar prosesi ilə bağlı suallar yaradır

Aynur Camal

Məhəmməd Əsədullazadə: Türkiyə-Azərbaycan qardaşlığı əbədidir

Aynur Camal

Vüqar Bayramov: “Avropa Parlamentindəki korrupsiya qalmaqalı ikili standartlarla bağlı suallar yaradır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu