16 C
Baku
16 Noyabr 2025, 2:10
Dünya

Bakıda Əlcəzair Xalq Demokratik Respublikasının Milli Bayramı qeyd olunub

Bugun.tv– xəbər verir ki, Əlcəzair Xalq Demokratik Respublikasının Milli Bayramı – İnqilab Gününün 71-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

Bu barədə öz sosial media hesabında paylaşım edən deputat Ceyhun Məmmədov bildirib ki, bu gün biz, 1954-cü il 1 noyabrda başlayan və uzun illər boyunca davam edən Əlcəzair xalqının azadlıq uğrunda mübarizəsini, onların müstəqillik və milli ləyaqət naminə göstərdiyi fədakarlığı böyük ehtiramla xatırlayırıq. Əlcəzair xalqı bu mübarizə ilə təkcə öz azadlığını deyil, həm də Afrika və dünya xalqları üçün azadlıq simvoluna çevrilmiş bir tarix yazıb.

“Bu gün Azərbaycan ilə Əlcəzair arasında sıx dostluq və əməkdaşlıq münasibətləri uğurla inkişaf edir. İki qardaş ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan əlaqələri daha da möhkəmləndirir.

Əlaqələrimizin daha da dərinləşməsi xalqlarımızın rifahına və ümumi dəyərlərimizin möhkəmlənməsinə xidmət edir.

Bu münasibətlərin inkişafı, xalqlarımız arasında tarixi dostluğun və qarşılıqlı anlayışın təzahürüdür.

Əminik ki, gələcək illərdə də Azərbaycan və Əlcəzair arasında iqtisadi, mədəni və humanitar əməkdaşlıq daha da genişlənəcək, birgə layihələr və təşəbbüslər münasibətlərimizi yeni mərhələyə daşıyacaq.

Əlcəzair xalqına İnqilab Günü münasibətilə sülh, rifah və tərəqqi arzulayırıq” – deyə Ceyhun Məmmədov vurğulayıb.

Aynur Camal

Oxşar xəbərlər

Qayıqları qırılan gənclərin kədərli sonu!

Aynur Camal

İtaliya Rəqabət Təşkilatı TikTok-u 10 milyon avro cərimə etdi

Bugün TV

Pedofillərə qarşı sərt cəza

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu