10 C
Baku
14 Mart 2026, 12:19
Baş xəbərMədəniyyətSosial

Bakıda inküliziv moda dəfiləsi – “KEKALOVE Adaptive Fashion Show” keçirildi

Bugun.tv – in əldə etdiyi xəbərə görə, Bakıda fiziki məhdudiyyətli şəxslər üçün  moda dəfiləsi keçirilib. Moda dəfiləsi Almaniya və Fransanın Azərbaycandakı səfirliklərinin dəstəyi ilə baş tutub.


Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman mərasimində çıxışı  edib . O, bildirib ki, bu şounun ölkələr arasında dostluq sazişinin (Yelisey müqaviləsi) imzalanmasının ildönümündə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir: “Əlilliyi olan şəxslərin sosial həyatda başqaları ilə bərabər şəkildə təmsil olunması üçün inklüziv moda dəfiləsinin keçirilməsi vacibdir”,- deyə R.Horleman vurğulayıb.


Daha sonra Fransanın Azərbaycandakı səfiri Ann Buayon çıxış edib. A.Buayon bildirib ki, ilham verici, çox innovativ layihədir və Fransa üçün çox vacibdir: “Həm Azərbaycanda, həm də Avropada ətrafdakıların fiziki məhdudiyyətli insanlara münasibətinin dəyişdirilməsi çox vacibdir”,- deyə A.Buayon əlavə edib.


Qeyd edək ki, “KEKALOVE Adaptive Fashion” fiziki məhdudiyyətli şəxslər üçün Azərbaycan geyim brendidir. Brendin təsisçiləri tələbə Məhəmməd Kekalov və dizayner Rəşidə Əliyevadır.

Kəmalə Sultan

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Deputat Qədr gecəsinin fəzilətindən danışdı

Aynur Camal

Чингиз Абдуллаев: «Эль Бакуви – это Моцарт поэтического слова»

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu