18 C
Baku
27 Oktyabr 2025, 16:32
Baş xəbərSosial

Bakıda keçirilən “Çoxmillətli Sülhü Dəstək Əməliyyatları kursu” başa çatıb

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə nazirlikləri arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq planına əsasən ölkəmizdə keçirilən “Çoxmillətli Sülhü Dəstək Əməliyyatları kursu” başa çatıb.

Bugun.tv-yə bu barədə Müdafiə Nazirliyindən xəbər verilib.

Bildirilib ki, hərbi hissənin şəxsi heyətinin, Birləşmiş Krallığın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun, o cümlədən Britaniya Hərbi Məsləhətçi Təlim Qrupunun mütəxəssislərinin və dinləyicilərin iştirakı ilə kursu bitirənlərə sertifikatlar təqdim olunub.

Mərasimdə çıxış edənlər bu cür kursların qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıblar.

Qeyd olunub ki,  təlim qrupunun mütəxəssislərinin iştirakı ilə keçirilən kursda hərbi qulluqçulara Sülhə Dəstək Əməliyyatları, BMT-nin kodeksinə uyğun davranış qaydaları və silahla münaqişə hüququ, eləcə də digər mövzular üzrə praktiki təlimlər keçirilib .

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Aynur Camal

Oxşar xəbərlər

“Zəfər yolunda inamla addımlayırıq” – FOTO

Aynur Camal

DAİR Hotellər və Restoranlar Assosiasyası ilə Mediasiya Şurası arasında memorandum imzalandı

Aynur Camal

Azərbaycan və gürcü xalqları arasında dostluq əlaqələrinin çox dərin tarixi kökləri var – Məzahir Əfəndiyev

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu