5 C
Baku
27 Fevral 2026, 19:54
Baş xəbər

Bakıda “Mərhəmət gecəsi” adlı xeyriyyə tədbiri keçiriləcək

Bugun.tv xəbər verir ki, autizmli və əqli məhdudiyyətli uşaqların, eləcə də valideyn himayəsindən məhrum olan azyaşlıların iştirakı ilə “Mərhəmət gecəsi” adlı xeyriyyə tədbiri təşkil olunacaq.

Tədbir 3 mart 2026-cı il tarixində saat 19:00-da Azərbaycan Dövlət Akademik Filarmoniyası-da baş tutacaq.

Gecə “Ümid yeri” Uşaq sığınacağının rəhbəri Nigar Mənsimlinin təşəbbüsü ilə keçirilir. Tədbirin əsas məqsədi həssas sosial qruplara aid uşaqlara mənəvi dəstək göstərmək, onların cəmiyyətə inteqrasiyasına töhfə vermək və sevinc dolu anlar yaşatmaqdır.

Təşkilatçılar bildirirlər ki, gecədə uşaqların iştirakı ilə müxtəlif bədii proqramlar təqdim olunacaq. Qeyd olunur ki, tədbirdə iştirak etmək istəyən hər kəsin qatılımı uşaqlar üçün böyük sevinc və motivasiya mənbəyi olacaq.

Bugun.tv olaraq bu cür sosial yönümlü layihələrin həyata keçirilməsinə dəstək göstərir və ictimaiyyəti xeyriyyə təşəbbüsünə qoşulmağa dəvət edir.

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub, sənədlər imzalanıb

Aynur Camal

Deputat gənclərə çağırış etdi

Aynur Camal

Ceyhun Məmmədov: “Yalan və dedi-qodu orucun mahiyyətinə ziddir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu