Kriminal

Oğurluq edən şəxs tutuldu

Xətai rayonunda yerləşən marketlərdən birindən oğurluq edilib. Naməlum şəxs mağazaya daxil olaraq 309 manat, mühafizə kamerasının yaddaş qurğusunu, eləcə də obyektdə quraşdırılan “E-Manat” ödəmə terminalını sındıraraq kassada olan 2700 manat pulu ələ keçirib.

Bu barədə DİN-in  Mətbuat Xidmətinin  şöbə rəisi Elşad Hacıyev məlumat yayıb.

Onun  sözlərinə görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Xəzər Hüseynov tutulub. O, ifadəsində etdiyi hadisəni etiraf edib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət İşi başlanılıb.

X.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Bugün TV

Oxşar xəbərlər

$600 Körpə Satışı: İndoneziyada Uşaq Alveri Üzüyü oğurlandı

Aynur Camal

“İnter-Server” 35 illiyini qeyd edir

Aynur Camal

Ölüm səbəbi nədir?- Araşdırılır

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu