19 C
Baku
8 Sentyabr 2024, 3:17
Mədəniyyət

Bakıda Özbəkistanın Elm və Mədəniyyət Günləri keçirilir

Bugun.tv xəbər verir ki,  Heydər Əliyev Mərkəzində “Özbəkistanın mədəni irsi dünya külliyyatında” kitabının təqdimatı da bu çərçivədə təşkil olunub.
xezernwes.az xəbər verir ki, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov jurnalistlərə açıqlamasında bildirib. Azərbaycanda keçirilən Özbəkistanın Elm və Mədəniyyət Günləri ilə iki ölkə liderləri tərəfindən müəyyən edilmiş intensiv inkişaf ili açılır:

“Təkcə mədəni-humanitar sahədə deyil, siyasi, ticari-iqtisadi, investisiya, nəqliyyat və logistika sahələrində də intensiv inkişaf gözlənilir. Biz Azərbaycanda və Özbəkistanda tədbirlər keçirməyi planlaşdırırıq”. Səfir məlumat verib ki, “Özbəkistanın mədəni irsi dünya külliyyatında” kitabının 60 cildi nəşr edilib: “Azərbaycanda Özbəkistanın mədəni irsinə həsr olunmuş daha bir cild nəşr ediləcək. Bu, Azərbaycan və Özbəkistan tədqiqatçılarının son 5-6 ildə gördüyü əziyyətli işin nəticəsidir”.

Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini Akmal Saidov tədbirdə çıxış edərək bildirib. Azərbaycanda keçirilən Özbəkistanın Elm və Mədəniyyəti Günləri ölkələr arasında ikitərəfli əməkdaşlığın sürətlə möhkəmlənməsinə işarədir: “Özbəkistan elmi nümayəndə heyəti təkcə ölkəmizdə olan nailiyyətləri bildirməyə gəlməyib, həm də biz elmin müxtəlif sahələrində, gələcək perspektivləri təsvir etmək istəyirik”. Qeyd olunub ki, Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq çərçivəsində gənc alim və tədqiqatçı kadrların hazırlanmasına diqqət yetirilməlidir.
Mədəni tədbir Özbəkistanın əfsanəvi “Yalla” qrupunun solisti və yaradıcısı, Xalq artisti Fərrux Zakirovun, və Özbəkistanın digər estrada solostlərinin ifasında bu ölkənin milli musiqisini və mədəniyyətini əks etdirən konsert proqramı ilə davam edib.

Könül Kərimova

Oxşar xəbərlər

Toto Kutunyo vəfat etdi

Kəmalə Sultan

Yerli əhəmiyyətli memarlıq abidələrinə müdaxilə faktı qeydə alınıb

Aynur Camal

“Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgənin açılışı baş tutdu!

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu