19 C
Baku
28 Oktyabr 2025, 8:18
Baş xəbərSosial

Bakıda Pakistanın Müstəqillik Günü qeyd olundu

Bugun.tv, Oxu.Az-a istinadla xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı səfirliyinin əməkdaşları, Pakistan icmasının üzvləri və Azərbaycan vətəndaşları iştirak ediblər. Tədbir Pakistan dövlət bayrağının qaldırılması ilə başlayıb. Daha sonra tədbir iştirakçılarına Pakistan Prezidenti Asif Əli Zərdarinin və Pakistanın Baş naziri Şahbaz Şərifin bu günün Pakistan xalqı üçün əhəmiyyətini vurğulayan mesajları oxunub. Pakistanın sülhü, firavanlığı və inkişafı üçün də dualar edilib. Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin isə çıxışında xalqına sülh və firavanlıq arzulayıb, onlar üçün təhlükəsizliyin önəminə diqqət çəkib. Həmçinin, Pakistan və Azərbaycan xalqlarının tarixə söykənən dostluqlarının vacib əhəmiyyət kəsb etdiyini vurğulayıb.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Rusiya ordusu Donetskdə irəliləyir

Aynur Camal

Fələstin prezidenti Abbas: Fələstinliləri zorla köçürmək planlarını rədd edirəm

Aynur Camal

Ayın səthində su əlamətləri aşkar edilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu