Bakıda Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin hərbi nümayəndələrinin iştirakı ilə “Shield of Peace 2026” birgə hərbi təlimlərinin planlaşdırma konfransı keçirilir. Tədbirdə 2026-cı ildə baş tutacaq təlimlərin ssenarisi, mərhələləri və icra mexanizmləri müzakirə olunur.
Konfrans çərçivəsində tərəflər arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri də nəzərdən keçirilir. Qeyd olunur ki, bu cür birgə təlimlər Azərbaycan ilə BƏƏ arasında müdafiə sahəsində əlaqələrin daha da möhkəmlənməsinə, eləcə də regional təhlükəsizliyin gücləndirilməsinə töhfə verir.
Mənbə: Oxu.az
