30 C
Baku
28 İyun 2025, 14:02
Baş xəbər

Bakıda soyğunçuluq edən şəxslər saxlanılıblar

Paytaxtın Xətai rayonunda yetkinlik yaşına çatmayan 2 nəfərə qarşı soyğunçuluq edən dəstə üzvləri saxlanılıblar. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Oruc Abbasov və yetkinlik yaşına çatmayan daha 3 nəfər tutulublar.

Araşdırma zamanı müəyyən edilib ki, Oruc Abbasovun başçılıq etdiyi dəstə üzvləri metronun “Əhmədli” stansiyasının yaxınlığında ayrı-ayrı vaxtlarda iki nəfərin qarşısını kəsərək zərərçəkənlərin dəyəri 800300 manat olan mobil telefonlarını soyğunçuluq yolu ilə əldə ediblər. 

Faktlarla bağlı Oruc Abbasov və digərləri barəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Xətai Rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, “102” Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər. 

Nigar Məmmədova

Oxşar xəbərlər

Xaricdə doktorantura təhsili üçün sənəd qəbulu davam edir

Aynur Camal

SOCAR Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Qazaxıstan neftinin tranzitinə başlayıb

Aynur Camal

Yol qəzası oldu: 3 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu