19 C
Baku
8 Sentyabr 2024, 3:59
Baş xəbərTexnologiya

Bakıda TEKNOFEST festivalı keçirilir.

Bugün.tv bildirir ki, festival “Natiq” Ritm Qrupunun kompazisiyası ilə başlayıb.
Açılış mərasimində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib ki, ilk dəfə Türkiyədən kənarda, Azərbaycanda “Texnofest” keçirilir: “Bu, ölkələrimizin dünyaya bir mesajıdır. Bu o deməkdir ki, gələcəkdə də bir yerdə addımlayacağıq”.


Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar bildirib ki, Bakıda bu müsabiqənin keçirilməsindən qürur duyur:

“Bu gün ölkələrin müstəqilliyini qorumaları üçün yüksək texnologiyalara malik olmasının nə dərəcədə əhəmiyyətli olduğunu görürük”.


KOBİA-nın dəstəyi ilə yerli startaplar onlar üçün ayrılmış xüsusi stenddə innovativ layihə və həllərini təqdim edirlər. Burada kənd təsərrüfatı və “ağıllı şəhər” üçün qurğu və həllər, smart işıqlandırma, dronlar, kanalizasiya sularından enerji əldə edilməsi üçün qurğu, logistika üçün “ağıllı poçt qutuları”, mikrodalğalarla yuma cihazı, tullantı yağların emalı sistemi, yumşaq oyuncağı ağıllı oyuncağa çevirən qurğu, 3D printer və proqram təminatı və s. kimi innovativ həllər nümayiş olunur. Qeyd edək ki, müvafiq layihələrə KOBİA-a tərəfindən “Startap” şəhadətnamələri verilib və qrant vəsaiti ayrılıb.

Festival müddətində startaplar layihələrini investorlara və vençur fondlarına təqdim etmək imkanı əldə edəcək, eləcə də ümumi mükafat fondu 50 min ABŞ dolları olan yarışmaya qatılma imkanı olacaqdır.
KOBİA-nın stendində həmçinin, qonaqlar üçün müxtəlif müsabiqələr təşkil olunur. Sərgi ziyarətçiləri TEKNOFEST-in konsepsiyasına uyğun olaraq yeni texnoloji trendlərə və KOBİA-nın fəaliyyətinə dair sualları cavablandırmaqla hədiyyələr qazanacaqlar.
Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı mayın 29-dək davam edəcəkdir.




Bugün TV

Oxşar xəbərlər

Helikopter qəzaya uğradı: 2 nəfər yaralandı

Bugün TV

Türkiyədə zəlzələ baş verən ərazilərdə güclü leysan və şimşək çaxacağı gözlənilir

Aynur Camal

Aprelin 8-nə olan hava proqnozu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu