18 C
Baku
27 Oktyabr 2025, 13:20
Baş xəbərDünya

Bakıdakı Rus evində Qara Qarayev və Sergey Raxmaninovun əsərləri səsləndirildi

Bugun.tv xəbər verir ki, Bakıdakı Rus evində Qara Qarayev və Sergey Raxmaninovun yaradıcılıqlarına həsr olunmuş musiqili poeziya gecəsi keçirilib.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, bu, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi və Rus evinin ilk birgə layihəsidir.

Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Əməkdar artist dosent Əziz Qarayusifli tədbir iştirakçılarını salamladıqdan sonra məktəbin pedaqoqlarının və şagirdlərinin ifasında iki görkəmli bəstəkarın romansları, fortepiano üçün pyesləri və musiqi kompozisiyaları təqdim edilib.

Tədbirin aparıcısı – sənətşünaslıq üzrə fəlsəfə doktoru dosent Elmira Pənahova ifa olunan əsərlərin musiqi-poetik dəyərindən və obraz məzmunundan bəhs edib.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

İki avtomobil xəndəyə aşıb: 6 nəfər yaralandı

Bugün TV

II əsrə aid məzarlıq tapıldı

Nigar Məmmədova

“Ölkəmizin qeyri-neft ixracatında qardaş Türkiyə ilə Rusiyanın payı arasındakı fərq cüzidir”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu