Bakıda yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə əlaqədar bəzi ərazilərdə avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyətlər qoyulub. “Koroğlu” metro stansiyasına qədər yeni yolun tikintisi səbəbindən bir sıra küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti 27 dekabr tarixindən etibarən mərhələli şəkildə məhdudlaşdırılıb.
Müvafiq qurumlar sürücülərə alternativ yollardan istifadə etməyi və yol hərəkəti nişanlarına diqqətlə yanaşmağı tövsiyə edirlər. Bildirilir ki, görülən işlər paytaxtda nəqliyyat axınının rahatlaşdırılmasına və yol hərəkətinin təhlükəsizliyinin artırılmasına xidmət edir. Məhdudiyyətlərin tikinti işləri başa çatdıqdan sonra aradan qaldırılması nəzərdə tutulur.
Mənbə: 1News.az
