35 C
Baku
3 Sentyabr 2025, 15:35
Baş xəbərİdman

Bakıdan Şuşaya 400 km-lik marafon təşkil olunacaq

Bugun.tv xəbər verir ki, Bakıdan Şuşaya marafon təşkil olunacaq. Bu barədə televiziyamıza Bakı Marafon Klubunun rəhbəri, ulturamarafoncu Firdovsi Kərim  məlumat verib. “Bu il biz, həvəskar qaçış klubu olaraq, bir ilkə imza atacağıq. Bakıdan Şuşaya marafon planlaşdırırıq. İlin sonunadək bizim bu layihəmiz baş tutacaq. Düzdü, məsafə 400 klometrdi, ancaq bu bizi qorxutmur, çəkindirmir”.

F.Kərim təşkil olunan marafonun məqsədini də açıqlayıb. “Məqsədimiz İkinci Qarabağ Müharibəsində, 44 günlük döyüşlərdə şəhid olan igidlərimizin əziz xatirəsini yad etmək, ruhlarını şad etməkdir. Allah rəhmət eləsin!”.

BMK-nın rəhbəri onu da qeyd edib ki, Füzulidə “Marafon bağı” salınacaq.

‌“Biz də klub olaraq, 66 ağac əkəcəyik. Sonra böyük bir kütlə ilə qaçışı həyata keçirəcəyik. Klubun üzvi çox olduğundan marafon zamanı bir neçə hissəyə bölünəcəyik. Belə ki, təcrübəli insanlar 80-100 kilometr qət edəcəklər. Yeni üzvlərimiz var ki, onlar 5-10 kilometr qaca bilirlər. Layihədə bütün bunlar nəzərə alınacaq”.

Firdovsi Kərimin sözlərinə görə, ümumilikdə, Azərbaycanda qaçış idman növünə maraq göstərənlərin sayı günü gündən artır. Bu Bakı Marafon Klubuna qoşulanların sayında da özünü göstərib.

Müxbir: Arzu İbrahimova, Operator: Samir Əliyev

Bugün TV

Oxşar xəbərlər

Heydər Əliyevin 102-ci ildönümünə həsr edilmiş tədbir keçirildi

Aynur Camal

Dəhşətli yanğın: 130-dan çox adam axtarılır

Kəmalə Sultan

Mütəxəssislər xəbərdarlıq edir: Bu vərdiş körpələrdə dişlərin çürüməsinə səbəb olur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu