19 C
Baku
28 İyun 2025, 8:05
Baş xəbər

Bakıya məktəb avtobusları gətirilir

Dövlət Proqramınında Bakının nəqliyyat sıxlığına təsir edən məsələlərin həlli məqsədilə ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması üçün “məktəb avtobusları”ndan istifadənin təşkili nəzərdə tutulub.

Bugun.tv-xəbər verir ki, bu məlumat Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Dövlət Proqramına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi, Nəqliyyatı Əlaqələndirmə Şurası 2025-2030-cu illərdə ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların daşınması üçün “məktəb avtobusları”ndan istifadə olunmasını təmin etməlidir.

Mənbə: Elm və Təhsil nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

“Eşitmə məhdudiyyətli uşaqlar çox istedadlı və məsuliyyətlidirlər” – BİRLİK SƏDRİ AÇIQLAMA VERDİ

Bugün TV

Donuzdan qorunmağa çalışan şəxs ehtiyatsızlıqdan özünü güllələdi

Bugün TV

“Qarın ağrılarında altda yatan səbəbi bilmədən ağrıkəsicilər qəbul etmək olmaz!”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu