33 C
Baku
20 İyul 2025, 18:30
Baş xəbərHadisəKriminal

Balakəndə narkotiklərin satışı ilə məşğul olan qonşular saxlanıldı

Bugun.tv xəbər verir ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bugun.tv – yə  verilən məlumata görə, daxil olmuş məlumatı əsasında əməliyyat tədbirləri keçirilib. Keçirilən tədbir zamanı rayon sakinləri, əvvəllər də məhkum olunmuş Harun Layıcov, Zaur İslamov və Məhəmməd Cəyiyev şübhəli şəxs qismində saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı H.Layıcovun üzərindən aşkarlanan narkotik vasitəni Zaur İslamovdan, sonuncunun isə Məhəmməd Cəyiyevdən 200 manata aldığı və hissələrə bölərək ayrı-ayrı vaxtlarda ümumilikdə 400 manata satdığı müəyyən edilib.

Davam etdirilən tədbirlərlə M.Cəyiyevin yaşadığı ünvana da baxış keçirilib və oradan satış məqsədilə hazırladığı ümumilikdə 1 kiloqramdan marixuana aşkar olunaraq götürülüb. O, ifadəsində həmin narkotik vasitəni çöllük ərazidə becərdiyi çətənə bitkilərindən əldə etdiyini bildirib.

Faktlarla bağlı cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Təsərrüfat maşını yıxıldı: 5 yaralı var

Bugün TV

Oğurluq etdiyi mağazada şüşənin üstünə yıxıldı

Bugün TV

Sabirabad sakininin evindən silah-sursat aşkarlandı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu