3 C
Baku
14 Dekabr 2025, 16:31
Baş xəbər

Balakəndə qanunsuz qum-çınqıl daşıyanlar barəsində tədbir görüldü 

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər keçirilib. Tədbir zamanı yerin təkinindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınması və aşkarlanması əməliyyatı keçirilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bugün.tv – yə verilən məlumata görə, keçirilən tədbirlər zamanı qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən şəxslər müəyyən ediliblər. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 243-cü (Yerin təkindən istifadə qaydalarının pozulması) maddəsi ilə protokollar tərtib edilib. Qum-çınqıl satışı ilə məşğul olan şəxslərlə profilaktik söhbətlər aparılıb. Bu fəaliyyətlə məşğul olmaq üçün aidiyyatı dövlət orqanlarından lisenziya almağın vacib olduğu onların diqqətinə çatdırılıb.

Həmçinin, məişət tullantılarının urnalardan kənara atılmasının qarşısının alınması istiqamətində nəzarət tədbirləri keçirilib. Nəticədə cari il ərzində bu kimi qayda pozuntusuna yol verən 80 nəfər müəyyən edilib. Onların barəsində protokol tərtib olunaraq barələrində inzibati tənbeh tədbiri görülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Rusiya donanması Baltik dənizində təlimlərə başladı

Bugün TV

C.Bayramovun BQXK – nin Azərbaycandakı nümayəndəliyinə rəhbərliyi ilə görüşünə dair mətbuat məlumatı

Şükufə Ramizqızı

Fransızlar niyə çəhrayı tualet kağızından istifadə edirlər?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu