24 C
Baku
20 İyul 2025, 4:28
Baş xəbərDünya

Balıqlar öldü, çimərliklər bağlandı

Avstraliyanın Cənubi Avstraliya əyalətində çirkli ağ köpük sahilə düşüb. Bildirilib ki, onlarla balığın tələf olduğu hadisədən sonra bölgədə sörfçülər də xəstələnib. Bölgədəki 2 çimərliyin istifadəyə bağlandığı bildirilib. Avstraliyada Cənubi Avstraliyanın Adelaida şəhərindəki çimərliklərdə onlarla ölü balıq və qeyri-adi çirkli ağ köpükün sahilə yuvarlandığı bildirilir.

Su ilə təmasda olan sörfçülərin gözlərinin yanmasından, boğaz ağrısından və öskürəkdən şikayətləndiyi, hadisədən sonra bölgədəki iki çimərliyin istifadəyə bağlandığı bildirilib.

Cənubi Avstraliya Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəsmisi Sam Gaylard, bu hadisənin qeyri-adi hava şəraitinin səbəb olduğu mikroyosunların çiçəklənməsi ehtimalını qiymətləndirdiklərini söylədi: “Hava şəraitinin uyğun olduğu vaxtlarda təcrid olunmuş mikro yosunların çiçəklənməsini görürük, lakin bu böyüklükdə bir hadisə mütləq qeyri-adidir” deyə o bildirib.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Psixoloq insanların niyə söyüş söydüyünü izah etdi

Aynur Camal

Dünyanın buz təbəqələri ilə bağlı dəhşətli həqiqət üzə çıxdı! Bunun əvəzini milyonlarla insan ödəyəcək

Aynur Camal

Müxtəlif cinayətlərə görə axtarışda olan 67 nəfər tutuldu

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu