7 C
Baku
28 Yanvar 2026, 15:25
Baş xəbərİqtisadiyyat

“Balkan ölkələri TAP-ın şimal keçidinin yaradılmasında çox maraqlıdırlar”

Bugun.tv xəbər verir ki, Serbiya və digər Balkan ölkələri – Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya və Macarıstan hazırda İtaliyada başa çatan Trans-Adriatik Boru Kəmərindən (TAP) şimal keçidinin yaradılmasında çox maraqlıdırlar.

Bunu “Report”a açıqlamasında beynəlxalq əlaqələr üzrə serbiyalı analitik Mirko Dautoviç deyib.

“Onlar Azərbaycan təbii qazının tədarükü vasitəsilə enerji mənbələrinin şaxələndirilməsini alqışlayardılar. Hazırda bu ölkələrə təbii qaz əsasən Rusiyadan tədarük olunur”, – o vurğulayıb.

Ekspert Azərbaycan ilə Serbiya arasında münasibətləri müsbət qiymətləndirib. Onun sözlərinə görə, Belqrad Azərbaycandan təbii qaz və neft idxalına başlamaq istəyini çoxdan bəyan edib: “Lakin indiyədək bu, reallaşmayıb”.

M.Dautoviç Azərbaycanın Serbiyada infrastruktur layihələrində əməkdaşlıq sahəsində rolunu qeyd edib: “Azərbaycanın “AzVirt” şirkəti Serbiyada xüsusilə fəaldır”.

Qeyd edək ki, Azərbaycan qazının TAP ilə Avropaya tədarükünə 2020-ci ilin sonunda başlanılıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.

Azərbaycan ilə Aİ arasında imzalanmış sazişə uyğun olaraq, yaxın 5 ildə Avropaya qaz nəqli 20 milyard kubmetrə çatdırılacaq.

TAP-ın ümumi uzunluğu 878 km təşklil edir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi boyunca və 8 km-i İtaliya ərazisindən keçir.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Şuşada Azərbaycanın qəhrəmanlarına həsr olunmuş “Yarımçıq Qalmış” tamaşasının premyerası keçirildi

Aynur Camal

2025-ci ildə Türkiyədə arxeoloji kəşflər diqqət çəkib

Aynur Camal

Prezident “Bakı Karton və Qutu Fabriki” MMC müəssisəsinin açılışında iştirak etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu