Bir amerikalı öz rekordunu qırdı və balqabaq qayığını Kolumbiya çayında təxminən 95 kilometr məsafəyə üzdürə bilib.
Qari Kristensen 2011-ci ildən bəri nəhəng balqabaq yetişdirir. O, əvvəlki rekordunu ötən il 75,5 km məsafəyə qoyub. Cəhdi payızda, suyun səviyyəsi aşağı olanda baş verdiyindən, nəticədən məmnun qalmayıb və təcrübəsini yazda təkrarlayıb.
“Marchflower” balqabaq gəmisində rekord qıran səyahət haqqında məlumatı Ginnesin Rekordlar Kitabı verib.
Yeni səyahətin təşkilində ən çətin hissə qışda balqabaq yetişdirmək idi. Balqabaq əvvəlkindən 136 kq kiçik olduğu üçün oturacaq yeri çox az idi. Qari qayığına Amerikaya ilk köçkünlərin istifadə etdiyi gəminin və onun tozlandığı ayın adını verib.
Qeyri-adi dənizçi keçmiş təcrübəsindən dərs çıxardığını və qabarma-çəkilmələrə uyğunlaşaraq avarçəkmə bacarıqlarını inkişaf etdirdiyini deyir.
Qari payızdakından daha yaxşı axın olduğundan iki dəfə daha çox üzməyi planlaşdırmışdı. Lakin dayanacaqların birində balqabağı zədələdi və daha çox üzməmək qərarına gəldi. O, gələn il nəticəsini yaxşılaşdırmağa ümid edir.
Rekord sahibi etiraf edir ki, təcrübənin bütün 20 saatı ərzində qayıqda onu müşayiət edən, yemək verən, balqabağı boğa biləcək dalğalardan qoruyan və sahildə tamaşaçılarla ünsiyyət quran dostunun dəstəyi olmadan təcrübəsi mümkün olmazdı.
Mənbə: mail.ru
