Bugun.tv xəbər verir ki, Pribaltikada Moskvanın əsas qüvvələri Kiyevlə qarşıdurmada cəmləşir. Buna görə ikinci cəbhə açıb NATO-ya hücum etmək Rusiya üçün sərfəli olmadığını hesab edirlər.
Litva Müdafiə Nazirliyinin hücum ehtimalı ilə bağlı bəyanat verib. Deyilir “Ukraynada döyüşlər bitənə qədər Rusiyanın prioritetləri yenidən bölüşdürəcəyini və digər ərazilərdə qüvvələrini birləşdirməyə başlayacağını güman etmək çətindir. Rusiya əhəmiyyətli imkanlara malikdir və onları Ukraynada cəbhə xətti yaxınlığında daim artırır”
Departament hesab edir ki, Moskva qərb bölgəsində qüvvələr yaratmağı planlaşdırır. Buna görə Litvada hərbi infrastruktur və hissələrin genişləndirilməsi planlaşdırılıb.
Mənbə: lenta.ru
Müxbir: Qaytən Qasımzadə
