21 C
Baku
11 İyun 2025, 5:25
Dünya

Kimya fabrikində partlayış: 1 ölü, 3 yaralı var

Tailandda kimya fabrikində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Tailandın Map Tha Put əyalətində kimya fabrikinin anbar çənlərindən birində partlayış baş verib.

Yanğın digər çənlərə də keçərək böyüdükcə bölgədə 2-ci dərəcəli həyəcan siqnalı verilib və ərazi boşaldılıb.

Səlahiyyətlilər yanğından yayılan zəhərli qazdan qorunmaq üçün əhaliyə maska ​​taxmaq barədə xəbərdarlıq edib.

Neft-kimya şirkəti SCG Chemicals tərəfindən verilən açıqlamada partlayış nəticəsində 1 nəfərin öldüyü, 3 nəfərin yaralandığı bildirilib.

Mənbə: İLKHA

İntizar Əmirova

Oxşar xəbərlər

Meşə yanğınından 1200 nəfər təxliyə edilib

Kəmalə Sultan

Kral III Çarlzın taxtdan imtina etmək istəməməsinin səbəbi məlum oldu

Bugün TV

Şaxtanın çökməsi nəticəsində 7 nəfər öldü

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu