Bugun.tv xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi və Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının ötən ay tədbir keçiriblər. Paytaxt sakini olan bir nəfərin bank kartından hesabındakı 600 manat pulunu oğurlamaqda şübhəli bilinən Naftalan şəhər sakini Elçin Ələkbərov və Laçın rayon sakini Araz Əliyev saxlanılmışdılar.
Davam etdirilən tədbirlərlə oğurluq əməlində şübhəli bilinən qrupun digər üzvü. Bakı şəhər sakini Tural Qurbanlı da müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
