3 C
Baku
14 Dekabr 2025, 22:51
Baş xəbərHadisə

Bank kartlarını oğurlayan oğru tutuldu

Bugun.tv xəbər verir ki, sosial şəbəkələr vasitəsi ilə insanları aldadaraq  bank kartlarını oğrulayan oğrulara tez tez rast gəlirik. Bu hal tək ölkəmizdə deyil, Belçikada da baş verib. “TRT Haber” in məlumatına görə, Belçikanın Lyej şəhərində mağaza sahibi alış-veriş etmək istədiyi debet kartının ona məxsus olduğunu anlayıb və oğrunu yaxalayıb.

Yerli mətbuatın məlumatına görə, şübhəli şəxs dükan sahibinin avtomobilindən qapıları açıq vəziyyətdə oğurluq edərkən pul kisəsini oğurlayıb. Dükan sahibi oğurluğun fərqinə varmayıb, lakin ertəsi gün şübhəli pulqabısından çıxan debet kartı ilə mağazaya girib və alış-veriş etmək istəyib. Kassirdə olan mağaza sahibi kartın ona məxsus olduğunu və oğurlandığını biləndə şübhəli şəxsə heç nə demədən polisə xəbər verib. Həftə sonu saxlanılan şübhəli Lyej prokurorluğuna sövq edilib.

​Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Qanunsuz silah-sursat əldə edib saxlayan şəxs saxlanıldı

Kəmalə Sultan

Afina Qərbi Trakya türklərinin təhsil hüquqlarını qəsb edir

Aynur Camal

Moskva və Pekin Qərbin qarşıdurma siyasətini rədd etdilər

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu