19 C
Baku
22 Noyabr 2024, 16:04
Sosial

Banklar müflis olduqda, bankda depoziti olan müştərilər nə etməlidir?-VƏKİLDƏN AÇIQLAMA

Həyatda hər şeyi yüz ölçüb bir biçmək lazımdır. Çünki nə zaman başımıza nə iş gələcəyi bəlli deyil. Məsələn, bir çoxumuz əlimizdə olan pul vəsaitini banklara əmanət edirik. Sözsüz ki, bu ən güvənli vasitədir. Lakin bank fəaliyyətini dayandırarsa, vəsaitimizi itirmək təhlükəsi ilə üzləşə bilərik. Bəs görəsən, bu cür xoşagəlməz problemlə qarşılaşsaq, nə etməliyik ?

“Banklar haqqında” qanuna əsasən, Bankın müflis elan edilməsi məhkəmə proseduru ilə həyata keçirilir. Mülki Məcəllənin 63-cü maddəsinə görə, hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyilsə, o yalnız məhkəmənin qərarı ilə müflis hesab edilə bilər. Bankın müflis elan olunması haqqında məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin andan iflas proseduruna başlanılır. Bəs görəsən, vətəndaşlar bu halda borc və kompensasiyanın geri alınması üçün nə etməlidir?

Mövzu ilə bağlı vəkil Mehman Muradlı Bugun.tv-yə açıqlamasında bildirir ki, hər bir şəxsin qanunla müəyyən edilmiş qaydada və miqdarda banklarda hesab açmaq, depozit hesablarnı əldə etmək və s. hüquqları var. Vətəndaşlar banklarda böyük məbləğlərlə depozit hesablarına pul yatırım edirlər. Lakin banklar bir çox səbəblərdən müflis olduqda, bu, məhkəmə vasitəsilə elan olunur. Bununla bağlı Azərbaycanda aidiyyatı qurum var ki, bu da vətəndaşların deopozit hesabında olan pulların geri qaytarılmasına nəzarət edir.

Müsahibimiz bildirir ki, əgər bank vətəndaşların hüquqlarını pozursa, onlara dəymiş ziyanın ödənilməsindən imtina edilirsə, bu zaman vaxt itirmədən məhkəmə və yaxud hüquq mühafizə orqanlarına müraciət etmək lazımdır. Çünki bankın qarşısında öhdəlik daşıdığı hüquqi və fiziki şəxslərə dəymiş ziyan mütləq şəkildə ödənilməlidir. Depozitə ayırılan hər hansı bir pul vəsaiti qanunla müvafiq şəkildə sığortalanır.
“Qeyd edək ki, əgər bank əməkdaşları tərəfindən vətəndaşların şəxsi məlumatları üçüncü şəxslərə ötürülübsə və yaxud onların hesabında olan vəsaitin azaldığı müşahidə olunarsa, bu qanun pozuntusu deməkdir.
Bəzən vəzifə səlahiyyətindən sui-istifadə edən bank əməkdaşları tərəfindən qanun pozuntusu qeydə alınır. Təbii ki, bu fakt aşkar edildiyi təqdirdə dərhal hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. Və burada bir nüans var ki, vətəndaş və bank arasında müqavilə bağlanarkən, vətəndaşlar müqavilənin şərtlərini mütləq şəkildə nəzərdən keçirməlidirlər. Bu, onların gələcəkdə problemlə qarşılaşdıqda hüquqlarını tələb etməsi üçündür.
Bank haqqında qanun bank sisteminin stabil və təhlükəsiz fəaliyyətini təmin edir. Eyni zamanda, daxili idarənin prinsiplərini, qaydalarını və normalarını müəyyənləşdirir. Bu səbəbdən hüquq və qanunlarımızı bilməliyik ki, bu cür xoşagəlməz hallarla qarşılaşdıqda nə etməli olduğumuzu yaxşı bilək”,- vəkil qeyd etdi.

Nigar Məmmədova

Oxşar xəbərlər

Xaçmazda əlilliyi olan qadınların rastlaşdığı problemlərlə bağlı tədbir keçirildi

Bugün TV

Təhsillə bağlı iki qanun layihəsində dəyişiklik ediləcək

Bugün TV

Bu gün görkəmli akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi tamam olur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu