17 C
Baku
29 İyun 2025, 8:52
Baş xəbərHadisə

Daşqınlarda ölənlərin sayı 57 nəfərə çatdı

Bugun.tv xəbər verir ki, Banqladeşin cənub-şərqində musson yağışlarının yaratdığı daşqınlarda ölənlərin sayı 57-yə yüksəlib.

Meteoroloqlar yağışların daha 2 gün davam edəcəyini və çaylarda daşqınların ola biləcəyini xəbər edib.

Banqladeş Fəlakət İdarəsi Nazirliyindən verilən açıqlamada, musson yağışlarının səbəb olduğu daşqınlardan təxminən 1 milyon insanın zərər çəkdiyi bildirilib.

Qeyd olunub ki, daşqınlar nəticəsində çoxlu torpaqlar və yüzlərlə ev zərər görsə də, dəymiş ziyanın qiymətləndirilməsi bir həftədən çox çəkə bilər.

Banqladeşdə, ümumiyyətlə, iyun-sentyabr aylarında müşahidə edilən musson yağışları səbəbindən hər il minlərlə insanın həyatı mənfi təsirlənir.

Daşqından zərər çəkmiş ərazilərdə axtarış-xilasetmə işləri davam edir.

Bugün TV

Oxşar xəbərlər

7 vilayətdə zəhər tacirlərinə qarşı əməliyyat oldu: 72 nəfər saxlanıldı

Bugün TV

Fransanın keçmiş imperatoru Napoleonun məşhur papağı hərracda satılacaq

İntizar Əmirova

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu