22 C
Baku
9 Sentyabr 2025, 3:24
DünyaHadisə

Banqladeşdə denq qızdırmasından ölənlərin sayı 352 nəfərə çatdı

Bugun.tv xəbər verir ki, Banqladeşdə dang qızdırmasından ölənlərin sayı 352-yə yüksəlsə də, son 24 saatda bu xəstəliklə xəstəxanaya yerləşdirilənlərin sayı rekord həddə çatıb.

Banqladeş Səhiyyə Xidmətləri Baş Müdirliyinin (DGHS) verdiyi açıqlamada, son 24 saatda 2884 nəfərin xəstəxanaya yerləşdirildiyi, 2023-cü ilin ən yüksək səviyyəsi olduğu bildirilib.

Təkcə paytaxt Dəkkədə dang qızdırmasından ölənlərin sayının 276-ya çatdığı, bu il ölkə daxilində təxminən 75 min insanın xəstəxanalara yerləşdirildiyi deyilib.

DGHS rəsmisi Dr. Şahadət Hüseyn bildirib ki, 2023-cü ilin iyul ayında keçən ilin eyni dövrü ilə müqayisədə 8 dəfə çox denq qızdırması qeydə alınıb.

Artımın avqustun ilk həftəsində də davam etdiyini vurğulayan Hossain, avqust ayında iyuldan daha çox hadisənin görülə biləcəyinə diqqət çəkib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Zəlzələdən zərər çəkənlərə 6 milyard 275 milyon lirə yardım edildi

Kəmalə Sultan

Əfqanıstanda soyuqlar nəticəsində ən azı 20 nəfər ölüb

Aynur Camal

“Qəzza zolağında sərhəd qapıları açılmalıdır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu