19 C
Baku
22 Noyabr 2024, 16:26
Baş xəbərDünya

Banqladeşdə parlament seçkisində hakim Xalq Liqası Partiyası qalib oldu

Banqladeşdə yanvarın 7-də keçirilmiş ölkə tarixinin 12-ci parlament seçkisində hakim Xalq Liqası (Avami Liqası) Partiyası qalib olub.

Bugun.tv Banqladeşin Mərkəzi Seçki Komissiyasının məlumatına istinadla xəbər verir ki, ilkin nəticələrə əsasən hakim partiya parlamentdəki yerlərin 70 faizdən çoxunu (165 yer) qazanıb. Müstəqil namizədlər 49, müxalif Catiya Partiyası 9 yer qazanıb. Digər dairələr üzrə səslərin sayılması davam edir. Banqladeş qanunvericiliyə görə 300 yerlik parlamentdə ən azı 151 yer qazanan siyasi partiya hökuməti qurmaq hüququ qazanır. Beləliklə, hazırkı Baş nazir xanım Şeyx Hasinanın liderlik etdiyi Xalq Liqası Partiyası 4-cü dəfə hökuməti qurmaq şansı qazanıb. Xalq Liqası Partiyası bundan əvvəl 2009, 2014 və 2018-ci ildəki parlament seçkilərində qalib olub.

Qeyd edək ki, səsvermə hüququ olan seçicilərin təxminən 40 faizi 42 mindən çox məntəqə üzrə səsvermədə iştirak edib. Səsvermə yerli vaxtla səhər saat 8:00-da başlayıb və 16:00-dək davam edib. Parlamentdəki 300 yerdən 299-u uğrunda 1970 namizəd mübarizə aparıb. Onlardan 1534 nəfəri 28 siyasi partiyanı təmsil edən, 436-sı isə müstəqil namizəd olub. Sonuncu deputat yeri üçün seçki müstəqil namizədin vəfatı ilə əlaqədar daha sonra keçiriləcək. Seçkini 30 min müşahidəçi və jurnalist izləyib.

Mərkəzi Seçki Komissiyasının sədri Kazi Habibul Aval mətbuat konfransında bildirib ki, seçki ümumən sakit və demokratik atmosferdə keçib.

İntizar Əmirova

Oxşar xəbərlər

Yanğın baş verdi: Birmərtəbəli ev yararsız hala düşdü

Bugün TV

Bərdədə antisanitar vəziyyət nəzarətə götürüldü

Kəmalə Sultan

QMİ sədri Türkiyə cəfəriləri icmasının lideri ilə görüşüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu