22 C
Baku
9 Sentyabr 2025, 2:08
Baş xəbərHadisə

Daşqınlarda ölənlərin sayı 57 nəfərə çatdı

Bugun.tv xəbər verir ki, Banqladeşin cənub-şərqində musson yağışlarının yaratdığı daşqınlarda ölənlərin sayı 57-yə yüksəlib.

Meteoroloqlar yağışların daha 2 gün davam edəcəyini və çaylarda daşqınların ola biləcəyini xəbər edib.

Banqladeş Fəlakət İdarəsi Nazirliyindən verilən açıqlamada, musson yağışlarının səbəb olduğu daşqınlardan təxminən 1 milyon insanın zərər çəkdiyi bildirilib.

Qeyd olunub ki, daşqınlar nəticəsində çoxlu torpaqlar və yüzlərlə ev zərər görsə də, dəymiş ziyanın qiymətləndirilməsi bir həftədən çox çəkə bilər.

Banqladeşdə, ümumiyyətlə, iyun-sentyabr aylarında müşahidə edilən musson yağışları səbəbindən hər il minlərlə insanın həyatı mənfi təsirlənir.

Daşqından zərər çəkmiş ərazilərdə axtarış-xilasetmə işləri davam edir.

Bugün TV

Oxşar xəbərlər

Parkinson xəstəliyi göz skanları ilə müəyyən edilə bilər

Kəmalə Sultan

Ukraynanın Donetsk vilayətində gərgin toqquşmalar davam edir

Aynur Camal

İsraildə Azərbaycan səfirliyi açılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu