32 C
Baku
19 İyul 2025, 14:36
İdman

“Barselona” məhkum futbolçu Alveşi əfsanə statusundan məhrum etdi

Bugun.tv xəbər verir ki, “Barselona” klubu futbolçusu Dani Alveşi zorlamada ittiham olunaraq klubun əfsanəsi statusundan məhrum edib. Bu barədə Sport.es xəbər verir.

Komanda Alvesin profilini saytın Əfsanəvi Oyunçular bölməsindən silib. Qeyd olunur ki, “Barselona” bunu yalnız iş üzrə yekun qərar verildikdən sonra edib.

Fevralın 22-də məhkəmə Alvesə hökm çıxarıb – o, 4,5 il müddətinə azadlıqdan məhrum edilib. İdmançı 2023-cü il yanvarın 20-də həbs edilib. İddia edilən qurbanın dediyinə görə, 30 dekabr 2022-ci ildə Barselonadakı gecə klublarından birində futbolçu onu tualetə bağlayıb. Orada döyüb və zorlayıb.

“Barselona” ilə birlikdə Alves altı dəfə İspaniya çempionatının, üç dəfə ölkə kubokunun və Superkubokunun qalibi olub. Çempionlar Liqasının qalibi olub. UEFA Super Kubokunun qalibi olub. Həmçinin katalonlarla birlikdə 3 dəfə Klublararası Dünya Kubokunun qalibi olub.

Mənbə lenta.ru

Aynur Camal

Oxşar xəbərlər

Futbol azarkeşləri, şad xəbər! Lionel Messinin oyunu parolsuz yayımlanacaq

Aynur Camal

“Zəfər” Vinq Çun İdman Klubunun üzvü Nurcan Məlikzadə: “Ən böyük arzum gələcəkdə yarışlara qatılıb, Azərbaycanı təmsil etməkdir”

Bugün TV

Neymar “Barselona”ya keçəcək?-AÇIQLAMA

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu