24 C
Baku
10 Sentyabr 2025, 3:02
Digər

Barselonada məscidə hücum edən neonasistlərə 2,5 ilə qədər həbs cəzası

Bugun.tv xəbər verir ki, İspaniyanın şərqindəki Barselona şəhərində 2017-2019-cu illər arasında vaxtaşırı bir məscidə hücum edən neonasist qruplarına bağlı 14 müttəhimə verilən 1 ildən 2,5 ilə qədər həbs cəzası 30 min avro təzminat şərti ilə təxirə salınıb. .

“TRT Haber”in məlumatına görə, Milli Demokratiya (Democracia Nacional) və Milli Cəbhə (Frente Nacional) adlı ifrat sağçı neonasist qruplarına bağlı 14 gəncin 2017-2019-cu illər arasında Barselonanın Nou Barris məhəlləsindəki məscidə vaxtaşırı hücumları ilə bağlı iş yekunlaşıb.

Barselona Əyalət Məhkəməsində keçirilən iclasda nifrət cinayətləri ilə məşğul olan 14 şübhəli üçün prokurorluğun tələb etdiyi 10 ilə qədər həbs cəzası razılaşma ilə 1 ildən 2,5 ilə endirildi.

Tərəflər arasında əldə olunan razılaşma ilə müttəhimlərin Nou Barris müsəlman icmasına ümumi 30 min avro təzminat ödəməsi müqabilində həbs cəzaları təxirə salınıb.

Qollarında nasist döymələri ilə məhkəməyə gələn müttəhimlər 2 ildir sosial mediada hədələdikləri məscidə hücum edərək divarlarında İslamofobiya məzmunlu qraffitilər çəkiblər.

Bugün TV

Oxşar xəbərlər

Maya İmran: “Qadın özü bayram deyilmi?!”

Bugün TV

Q.Məhərrəmliyə vəzifə verildi

Şükufə Ramizqızı

Vüqar Qurbanov TƏBİB-in İcraçı direktoru təyin edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu