24 C
Baku
20 İyul 2025, 3:36
Baş xəbərDigər

Baş Dövlət Yol Polisi İdarəsinin məlumatı

Bugun.tv xəbər verir ki, Kənd təsərrüfatının sahəsində çalışan hüquqi və fiziki şəxslərin nəzərinə!

Təəssüflər olsun ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də texniki tələblərə cavab verməyən kənd təsərrüfatı texnikalarının avtomobil yollarında hərəkətinin şahidi oluruq. Məlumdur ki, istifadəyə yararsız, konstruksiya bütövlüyü pozulmuş, xarici işıq cihazları nasaz, dövlət qeydiyyat nişanları yerində olmayan kənd təsərrüfatı texnikası ilə daşımaların həyata keçiriməsi sürücünün özü və digər hərəkət İştirakçıları üçün xoşagəlməz nəticələr və ciddi təhlükə yarada bilər.

Bununla yanaşı, unutmamalıyıq ki, əkin sahələrində çalışan insanların qaydalara uyğun təchiz edilməmiş yük avtomobillərində, traktor və ya qoşqularda daşınması, ot kütləsinin, müxtəlif növ məhsulların qablaşdırılmadan, çəki və ölçü parametrləri aşılmaqla nəql edilməsi ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdəndir.

Hazırda mövsümlə əlaqədar əkin-biçin işlərinin sürətləndiyini nəzərə alaraq, bir daha kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri işə cəlb etdikləri əməkçilərin yol hərəkəti ilə bağlı təhlükəsizliklərinin təmin olunmasına, məhsulların daşınmasının və qablaşdırılmasının qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə xüsusi diqqət yetirməyə çağırır, bu sahədə nəzarət tədbirlərinin gücləndirildiyini onların diqqətinə çatdırırıq.

Kəmalə Sultan

Oxşar xəbərlər

50 nəfər cadugərlikdə mühakimə olundu

Bugün TV

Yol qəzası: 2 ölü, 4 yaralı

Aynur Camal

JSİD dövlət qurumlarına son təlimlərini keçib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu