19 C
Baku
8 Sentyabr 2024, 3:20
Baş xəbər

Baş Dövlət Yol Polisi İdarəsinin qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciəti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyunun 1-dən 2-si axşamadək küləkli hava şəraiti ilə əlaqədar Bakı və Abşeron yarımadası üçün narıncı xəbərdarlıq verilmiş, digər bölgələrdə isə küləklə yanaşı ayrı-ayrı yerlərdə yağış yağacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi bildirilmişdir.

Baş Dövlət Yol Polisi İdarəsi hazırda müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərdən sürət həddini minimuma endirməyi, ara məsafəsini normadan artıq saxlamağı, küləkli havada avtomobillərini aşma, qopma ehtimalı yüksək olan obyektlərin yaxınlığında saxlamamağı, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, yağıntılı havalarda yolların sürüşkənliyini nəzərə almağı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməyi xahiş edir.

Qeyri-sabit hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda məsuliyyətli olmağa çağırırıq.

Bugün TV

Oxşar xəbərlər

“10 balı toplaya bilməyən müəllimlər haqqında məlumat ictimaiyyətə təqdim olunsun”- DEPUTAT TƏKLİF ETDİ

Nigar Məmmədova

Mütəxəssis-ekspert, həkim-nevroloq baş ağrıları ilə bağlı sualları cavablandırıb

Aynur Camal

İş yerinə silahlı hücum oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu