16 C
Baku
24 Oktyabr 2025, 0:03
Digər

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi

Çoxillik müşahidələr göstərir ki, adətən həftəsonu respublika əhəmiyyətli avtomobil yollarda hərəkət intensivliyi nəzərəçarpacaq dərəcədə artırır. Nəqliyyat axınının tənzimlənməsi məqsədilə zəruri tədbirlər görülsə də, təəssüf ki, bəzən sürücülərin tələskənliyi, diqqətsizliyi səbəbindən məhz bu günlərdə daha ağır yol-nəqliyyat hadisələri qeydə alınır.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciətində bildirilib.

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu, xüsusilə səfərə hazırlaşan sürücülərə müraciət edərək onları nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, sürət rejiminə, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, yol və hava şəraitini nəzərdən qaçırmamağa çağırır.

“Unutmayaq ki, yol hərəkəti zamanı intizamlı olmaq özümüzə və başqalarına verdiyimiz dəyərdir!”, – deyə müraciətdə qeyd olunub.

Mənbə: AZƏRTAC

Aynur Camal

Oxşar xəbərlər

Namiq Hüseynli : “Dörd min kitab oxumuş kitabçı və onun uşaqlıq arzusu”

Şükufə Ramizqızı

Əsgərlərin saqqal və bığ saxlamasına qoyulan qadağanı ləğv edildi

Teymur Əziz

Qanuni limitdən artıq nəqliyyat vasitəsi alıb-satan 19 nəfər barəsində tədbir görüldü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu