28 C
Baku
20 İyul 2025, 22:55
Baş xəbərHadisə

Baş nazir çağırış etdi!

Bugun.tv xəbər verir ki, Cənubi Koreyanın paytaxtı Seul və ətrafına təsir edən leysan yağışları səbəbindən ölkə daxilində xəbərdarlıq elan olunub.

Yonhap-ın xəbərinə görə, Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin açıqlamasında, meteorologiya mütəxəssislərinin yağıntıların artacağı xəbərdarlığından sonra həyəcan yüksəlib.

Güclü yağışlar nəticəsində 4000-ə yaxın ev işıqsız qaldığı halda, ölkə üzrə 77-si paytaxt olmaqla 136 nəfər təhlükəli ərazilərdən təxliyə edilib.

Cənubi Koreya Fəlakət və Təhlükəsizlik İdarəsi Başçılığından verilən açıqlamada, gecə boyu davam edən yağışların səbəb olduğu mənfiliklər səbəbiylə bir çox evin işıqsız qaldığı, səlahiyyətlilərin problemin həlli üçün çalışdığı qeyd edilib.

Açıqlamada 100-ə yaxın gəminin sahilə çıxdığı və ölkə boyu 34 reysin ləğv edildiyi, 250 hektar əkin sahəsinin də su altında qaldığı bildirilib.

Digər tərəfdən, açıqlamada iyulun 11-də ölkənin cənubundakı liman şəhəri Busanda yoxa çıxan 68 yaşlı qadından hələ də xəbərin olmadığı deyilib.

Cənubi Koreyanın baş naziri fövqəladə hallar iclasında can itkisinin qarşısının alınmasının vacibliyini vurğulayıb. Leysan yağışların vurduğu zərərin aradan qaldırılması üçün hər cür səy göstərilməsini tapşırıb.

“Bütün dövlət məmurlarını yağışlar bitənə qədər ayıq-sayıq olmağa və insan tələfatının qarşısını almaq üçün səy göstərməyə çağırıram”, – deyə o, əlavə edib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Jurnalistlər üçün gender həssaslığı mövzusunda təlim keçirilib-FOTOLAR

Nigar Məmmədova

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı

Kəmalə Sultan

“Gənc nəsli narkomaniyadan qoruyaq!” devizi altında növbəti görüş keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu