28 C
Baku
10 Sentyabr 2025, 16:08
Digər

Baş nazir Ciorcia Meloni İtaliyanın “Bir kəmər, bir yol” təşəbbüsündən çıxmasını şərh etdi

İtaliyanın Baş naziri Ciorcia Meloni ölkəsinin “Bir kəmər, bir yol” təşəbbüsündən çıxmasını şərh edib.

Bugun.tv xəbər verir ki, Ciorcia Meloni İtaliyanın Çin ilə münasibətlərinin əhəmiyyətini qeyd edib.

“Hesab edirəm ki, Çin ilə ticarət və iqtisadi əməkdaşlıq əlaqələri qorunub saxlanılmalı və təkmilləşdirilməlidir. Lakin “Bir kəmər, bir yol” təşəbbüsü bizim üçün gözlənilən nəticəni vermədi”, – deyə Baş nazir vurğulayıb.

Qeyd edək ki, İtaliya Çin tərəfindən irəli sürülən və tarixi İpək yolu üzərində ticarəti böyük layihələrlə canlandırmaq məqsədi daşıyan “Bir kəmər, bir yol” təşəbbüsündən çıxıb. Hökumət bununla bağlı Çinin Romadakı səfirliyinə rəsmi məktub göndərib və İtaliyanın təşəbbüsündə iştirakını uzatmayacağı bildirilib.

İtaliya “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan ilk və yeganə G7-yə üzv ölkə olub.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Məcburi köçkünlərin mənzilləri satışa çıxarıldı

Şükufə Ramizqızı

Dövlət Təhlükəsizlik Xidməti işçilərinin peşə bayramıdır

Nigar Məmmədova

Aİ flüorlu qazlardan istifadəni azaltmaq istəyir

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu