16 C
Baku
27 Oktyabr 2025, 11:16
Baş xəbərDünya

Baş nazir: Slovakiyanın Ukraynanın NATO-ya üzvlüyünə qarşı olması təəccüblü deyil

Ukraynalılara hərbi yardımdan imtina edən Slovakiyanın Baş naziri Robert Fitso Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxıb. O, bunun III Dünya müharibəsinə səbəb olacağını bildirib.

Bugun.tv xəbər verir ki, bu barədə Baş nazir “InfoVojna”ya müsahibəsində deyib.

“Slovakiya hökumətində çoxluq təşkil edən partiyanın Ukraynanın NATO-ya üzvlüyü ilə razılaşmaması təəccüblü deyil. Çünki bu, III Dünya müharibəsinin başlanğıcı olacaq”, – deyə R.Fitso qeyd edib.

Baş nazir bunun heç vaxt baş verməyəcəyinə inandığını söyləyib. Bundan əlavə, o, Ukraynanın Aİ-yə daxil olması üçün illər lazım olacağını bildirib və belə bir qərarın əleyhinə olmadığını vurğulayıb.

Aynur Camal

Oxşar xəbərlər

Kanadalılar ABŞ-a qarşı birləşirlər

Aynur Camal

Martın 01-də gözlənilən hava şəraiti

Aynur Camal

Starlink peykləri Yer kürəsini zəhərləyə bilər!

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu