24 C
Baku
28 İyun 2025, 22:23
Baş xəbərSiyasət

Baş nazir Soçidə Rusiya Hökumətinin sədri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 8-də Soçiyə işgüzar səfəri çərçivəsində Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə görüşüb.

Bugun.tv xəbər verir ki, görüşdə iki ölkənin qarşılıqlı münasibətlərinin Azərbaycan və Rusiya prezidentlərinin səyləri ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluqla vurğulanıb.

Qarşılıqlı ticarətin və sərmayələrin davamlı artması ikitərəfli münasibətlərin dinamik inkişafının əyani sübutu kimi qiymətləndirilib.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın cari ayın sonunda Moskvada keçirilməsi planlaşdırılan növbəti iclasının əhəmiyyəti qeyd edilib.

Kənd təsərrüfatı sahəsində əməkdaşlığın yaxşı nəticələri vurğulanıb.

Nəqliyyat və logistika sektoru əməkdaşlığın mühüm istiqaməti kimi səciyyələndirilib. Bununla əlaqədar Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tam gücü ilə fəaliyyətinin təmin edilməsi üçün birgə səylərin davam etdirilməsinə qarşılıqlı hazırlıq ifadə olunub.

Tərəflər sənaye sahəsində uğurlu əməkdaşlığın zəngin təcrübəsini qeyd etdilər, birgə istehsal istiqamətində işbirliyini müsbət qiymətləndiriblər.

Hökumət başçıları Azərbaycan-Rusiya ticarət-iqtisadi əməkdaşlığının aktual məsələlərini və müxtəlif sahələrdə birgə layihələrin reallaşdırılmasını də nəzərdən keçiriblər.

Aynur Camal

Oxşar xəbərlər

Tekstil fabrikində baş verən yanğın nəzarətə götürüldü

Bugün TV

Şəhid Orxan Əsgərovun cənazəsi ölkəyə gətirilir

Nigar Məmmədova

İkinci Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuli rayonuna gəliblər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu