33 C
Baku
21 İyul 2025, 15:50
Dünya

Baş nazir tıxacda qalaraq APEC Sammitində iştirak edə bilmədi

Yaponiyanın baş naziri İşiba Şiqeru sıx tıxacda qaldığı üçün Asiya Sakit Okean Əməkdaşlıq Təşkilatının (APEC) Sammitinin ailə fotosessiyasına qatıla bilməyib. Cənubi Amerika ölkəsi Perunun paytaxtı Limada keçirilən APEC Sammitinin ailə fotosunda Yaponiyanın baş naziri İşiba Şiqerunun yer almadığı görülüb.

Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hayashi Yoşimasa mətbuat konfransında zirvə toplantısında İşibanın ailə fotosunda yer almaması ilə bağlı sualı cavablandırıb.

İşibanın qəbiristanlığı ziyarət etdikdən sonra zirvə bölgəsinə qayıdarkən yol qəzası nəticəsində sıx trafikə tutulduğunu və APEC ailəsi ilə fotosessiyaya qatıla bilməyəcəyini ifadə edən Hayaşi, “Qrupda iştirak etməyi planlaşdırmışdıq. Qəbir ziyarətindən sonra fotosessiya, lakin yol qəzasından sonra yaranan qəfil tıxac səbəbindən bu çətinləşdi” deyib.

Belə ki, Yaponiya lideri APEC liderləri, o cümlədən ABŞ prezidenti Co Bayden və Çin sədri Si Cinpinlə ailə şəklinə girə bilməyib.

Rəsmi Kyodo agentliyinin xəbərində İşibanın paytaxt Limanın şəhərətrafı bölgəsində yapon əsilli Perunun keçmiş prezidenti Alberto Fuximorinin məzarı üzərinə gül dəstələri qoyduğu bildirilib.

1990-2000-ci illər arasında Cənubi Amerika ölkəsinin prezidenti vəzifəsində çalışmış yapon əsilli Alberto Fuximori sentyabrda 86 yaşında vəfat edib.

APEC

14-16 noyabr tarixləri arasında keçiriləcək sammitdə; İqtisadi əməkdaşlıq, rəqəmsallaşma, bərabərsizliklərin azaldılması, qeyri-formal iqtisadiyyatla mübarizə və davamlı artım kimi mövzular müzakirə edilib.

Sakit okean qurşağında yerləşən 21 iqtisadiyyatın yaratdığı APEC ilk sammitini 1989-cu ildə keçirib.

Sammitin 2025-ci ildə Cənubi Koreyada, 2026-cı ildə isə Çində keçirilməsi planlaşdırılır.

 Mənbə: Anadolu Agentliyi (AA)

Aynur Camal

Oxşar xəbərlər

Daşqınlar nəticəsində 6 nəfər öldü

Aynur Camal

Ərdoğandan ABŞ səfirinə sərt reaksiya

Nigar Məmmədova

Qulaqlarınıza inanmayacaqsınız! Fillər də insanlar kimi bir-birlərini adla çağırırlar

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu