6 C
Baku
29 Yanvar 2026, 3:23
Baş xəbərDünya

Baş naziri ölümlə hədələyən keçmiş əsgər axtarışa verildi

Bugun.tv xəbər verir ki, Belçikanın baş naziri Alexander De Croo sosial şəbəkədə onu ölümlə hədələyən keçmiş əsgəri axtarışa verib. İstintaq başladılıb.

Belçika Federal Prokurorluğundan verilən açıqlamaya görə, bir müddət əvvəl ordudan ayrılan belçikalı keçmiş əsgərin videomüraciətində De Croo ilə yanaşı bəzi Belçika nazirlərini də hədəfə aldığı qeyd edilib.

Harada olduğu bilinməyən keçmiş əsgərin evində axtarış aparılıb. Evdə bubi tələsi olması ehtimalına qarşı bomba zərərsizləşdirmə qrupları da hadisə yerinə sövq edilib.

Keçmiş əsgərlə bağlı polis qeydlərində heç bir məlumatın olmadığı, polisin bu şəxsi tapmaq üçün əməliyyata başladığı açıqlanıb.

Belçika prokurorluğu ölkə daxilində axtarışda olan şəxsin Belçikanı tərk etmiş ola biləcəyini düşünür.

Mənbə: TRT Haber

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Zəncəfilin sağlamlığa faydaları və istifadəsində diqqət edilməli məqamlar

Aynur Camal

Dünya liderləri NATO-nun gələcəyini müzakirə edir

Aynur Camal

Rusiyanın hava hücumları davam edir, dinc sakinlər həlak olur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu