7 C
Baku
23 Dekabr 2024, 21:19
Dünya

Baş nazirin yaxın mühafizəçisi həbsdədir

İngiltərə Baş naziri Rişi Sunakın yaxın mühafizə qrupunun tərkibində olan polis məmuru seçki tarixinə mərc etdiyi səbəbiylə saxlanılıb.

İngiltərədə seçki tarixinə mərc edənlərlə bağlı araşdırmalar davam edir.

London Metropoliten Polisi istintaqa başladığını və seçki vaxtı ilə bağlı mərc edərək vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinən bu polis məmurunu saxladıqlarını açıqlayıb.

Böyükşəhər Polisi, Kral ailəsinin üzvlərini və hökumət rəsmilərini müdafiə edən qüvvələrin xüsusi bölməsindən bir polis məmurunun oyun tarixinə mərc etdiyinə dair iddiaları araşdırdıqlarını bildirmək üçün Oyun Komissiyası ilə əlaqə saxladıqlarını söyləyib.

Böyükşəhər Polis Xidmətinin Kral və Xüsusi Mühafizə Bölməsindəki polis məmurları vəzifələrinə görə Baş nazir Sunakla çox yaxındırlar və tez-tez baş nazirlə eyni avtomobili paylaşırlar.

Polis məmurunun saxlanması xəbəri Baş nazir Sunakın xüsusi müşavirlərindən biri olan Kreyq Uilyamsın seçki tarixinə mərc etdiyinin üzə çıxmasından bir həftə sonraya təsadüf edir. İyulun 4-də keçiriləcək ümumi seçkilərdə Mühafizəkarlar Partiyasından millət vəkili namizədi olan Uilyamsın Baş nazir Sunakın seçki tarixini açıqlamasına üç gün qalmış seçki tarixinə 100 lirə mərc etdiyi ortaya çıxıb.

Böyük Britaniyanın baş naziri Sunak mayın 22-də verdiyi açıqlamada ümumi seçkilərin tarixini iyulun 4-ü elan edib.

Xəbər mənbəyi: İhlas Xəbər Agentliyi (İHA)

İntizar Əmirova

Oxşar xəbərlər

Gənclər yüksək qiymətlərdən yaranan stressdən düşünmədən pul xərcləməyə başlayıblar

Bugün TV

Ərəb Dövlətləri Liqası Suriyanı təşkilata qaytardı

Aynur Camal

Azərbaycan 37-ci Moskva Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu