DünyaHadisə

Baş prokurora qarşı sui-qəsd təşkil olundu

Bugun.tv xəbər verir ki, Bolqarıstanda baş prokuror İvan Qeşevə sui-qəsd edilib.

Hadisə qurum rəhbərinin rayon prokurorları ilə görüşmək üçün Samokov şəhərinə gedərkən, Kovaçevtsi kəndi yaxınlığında baş verib. Paytaxt Sofiyadan 50 kilometr aralıda yerləşən ərazidə bombalı hücum həyata keçirilib. Hücumda Qeşev və ailəsinə heç bir zərər verilmədiyi bildirilir.

Baş prokurorun müavini və Milli İstintaq Agentliyinin rəhbəri Borislav Sarafovun açıqlamasına görə, bomba avtomobillərin sürətini azaldan döngədə partladılıb. “Bu, mütləq öldürmək məqsədi daşıyırdı. Sui-qəsd çox peşəkarlıqla hazırlanıb. Təsadüf nəticəsində Qeşev və ailəsi bu ölümcül sui-qəsddən sağ çıxıb. 3 kq trotil ekvivalenti olan partlayış baş prokurorun zirehli maşınını sola sürüşdürdü və ağaclara çox sayda qəlpə dəydi”, – B.Sarafov əlavə edib.

Mənbə: Cumhuriyyet

Bugün TV

Oxşar xəbərlər

Yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər öldü

Aynur Camal

Bosniya və Herseqovinanın Konstitusiya Məhkəməsində serb hakim qalmadı

İntizar Əmirova

Vətəndaşları aldadan şəxs saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu