8 C
Baku
21 Dekabr 2025, 23:40
Baş xəbər

Baş Prokurorluq: “Hacı Şahinin ölümü ilə bağlı cinayət işi açılmayıb, araşdırma aparılır” 

Son günlər sosial şəbəkələrdə və bəzi informasiya agentliklərində Hacı Şahinin ölümü ilə bağlı cinayət işi açıldığı söylənilir.

Bugun.tv olaraq məsələyə aydınlıq gətirmək istədik. Bu məqsədlə Baş Prokurorluqla əlaqə yaratdıq. Qurumun mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev bildirdi ki, istənilən ölüm faktı baş verdikdə həmin hadisənin qeydiyyatı aparılır. “Şahin Həsənlinin ölümü ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma gedir. Amma bu heç də hansısa cinayət işinin açılması, cinayət işinə başlanması anlamına gəlməməlidir. Bu adi araşdırmadı. Prokurorluqda onlarla belə araşdırma aparılır. Onlardan biri də Şahin Həsənlinin ölümü ilə bağlı daxil olan məlumatdır”. Sitatın sonu.

Bugün TV

Oxşar xəbərlər

Neptunun yeni görüntüləri hər kəsi heyrətə saldı

Aynur Camal

İsrailin Qəzzada kilsəyə hücumu Yunan mətbuatında geniş işıqlandırıldı

Bugün TV

Sirkəli suyun hansı faydaları var?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu